Valideynlər övladlarının sağlamlığı üçün ən yaxşısını istəyirlər. Lakin bilməlisiniz ki, ağız və diş sağlamlığı da buna istisna deyil. Baxmayaraq ki, süd dişləri müvəqqətidir və 12 yaşına qədər demək olar hamısı töküləcək, bu dişlərin də müalicəsi və düzgün qulluğu vacibdir.
Bəs yenilənəcəksə, süd dişlərinin müalicəsi niyə önəmlidir?
•Süd dişləri düzgün çeynəmə və həzm sisteminin normal işləməsi üçün lazımdır.
•Çənələrinin düzgün böyüməsi və dişləmə qabiliyyətinin formalaşması üçün vacibdir.
•Müalicə olunmayan süd dişləri daimi diş taclarına zərər verə bilər.
•Müalicə olunmamış süd dişlərindən yaranan kəskin infeksiya başın digər nahiyələrinə yayıla bilər.
•Süd dişləri sözün düzgün tələffüzü və nitqin inkişafı üçün vacibdir.
•Estetik görünüş vacibdir - övladınızın sosial çevrəsində buna görə lağa qoyulması ona psixoloji olaraq mənfi təsir edə bilər.
Buna görə də süd dişləri çıxdığı andan etibarən gigiyenası da önəmlidir. Məhz bu səbəbdən də səhər yeməkdən sonra və axşam yatmazdan əvvəl övladlarınıza diş fırçalamağı xatırladın. Belə ki, 3 yaşına kimi sizin nəzarətiniz altında, 3 yaşdan sonra isə sərbəst şəkildə övladınızın dişlərini fırçalaması tövsiyyə edilir