İnfluenza Peyvəndinin önəmi

İnfluenza Peyvəndinin önəmi

Havalar gündən-günə soyuyur. Körpələr və uşaqlar, xüsusilə məktəblilər arasında xəstəliklər getdikcə artır. Bu infeksion xəstəliklərdən ən çox yayılanı isə törədicisi influenza virusu olan qripdir. Bütün bunları nəzərə alıb bu gün qrip əleyhinə peyvəndin
önəmindən danışmaq istəyirik. 

Peyvənd uşaqlar arasında qripə yoluxma və xəstəxanaya yerləşdirilmə hallarının sayını azaldır.
Peyvənd olunandan sonra qripə yoluxan uşaq xəstəliyi daha yüngül və tez keçirir.
Uşağınızın hər hansı xroniki xəstəliyi varsa və ya 5 yaşından kiçikdirsə, peyvənd ciddi ağırlaşmaların qarşısın alır. 
6 aydan kiçik körpələrə vaksin əks-göstəriş olduğu üçün, ailənin digər üzvlərinin peyvənd olunması körpələri də qoruyur.

Vaksinasiyadan öncə hər hansı allergiya və ya xəstəlik ehtimalına qarşı mütləq pediatr ilə məsləhətləşin.

×