Burun tənəffüsü uşaq inkişafının mühüm bir parçasıdır

Burun tənəffüsü uşaq inkişafının mühüm bir parçasıdır

Burunla nəfəsalma:
* yuxarı və aşağı çənənin (maksilla və mandibula) düzgün inkişafına
* dilin fizioloji mövqedə olmasına
* döş qəfəsinin normal genişlənməsinə
* diafraqmanın effektiv işləməsinə
* otonom sinir sisteminin tarazlığına birbaşa təsir göstərir.


Ağızdan nəfəs alan uşaqlarda isə nəfəsalma paterni dəyişir, duruş pozuntuları yarana bilər, çənə quruluşu və döş qəfəsinin mexanikası birlikdə təsirlənir. Buna görə də nəfəsalma yalnız LOR (QBB) mövzusu deyil, bu, pediatriya, stomatologiya və döş qəfəsi mexanikasının kəsişdiyi mühüm inkişaf sahəsidir.

Hər düzgün burun nəfəsi uşağın sağlam böyüməsi üçün bir fürsətdir.Valideynlər olaraq uşaqlarımızın necə nəfəs aldığını müşahidə etmək və vaxtında mütəxəssisə müraciət etmək böyük əhəmiyyət daşıyır.

×