.png)
1. 0–1 ay (yenidoğulmuş)
Bu dövrdə uşaqda görmə və eşitməni yoxlamaq üçün testlər, körpənin bud-çanağı çıxığı baxımından ultrasəs müayinəsi, həmçinin yeni doğulmuşun skrininq testləri aparılmalıdır. Onun boyu, çəkisi, baş çevrəsi, ümumi fiziki və nevroloji vəziyyəti yoxlanılmalıdır.
2. 1 ay – 1 yaş (südəmər dövr)
Körpənin ümumi qan dəyərlərinə baxılmalı, xüsusilə D vitamini və dəmir səviyyələri yoxlanılmalıdır.
3. 1–4 yaş (oyun dövrü)
Bu yaşlarda qan analizi, qaraciyər və böyrək funksiyaları mütləq yoxlanılmalıdır. Həmçinin vitamin dəyərlərinə baxmaq tövsiyyə edilir.
4. 4–6 yaş (məktəbəqədər dövr)
Əgər uşağın inkişafında geriləmə müşahidə olunarsa, 1–4 yaş dövründə aparılan testlər bu yaşda da təkrar edilməlidir.
5. 6–18 yaş (məktəb və yeniyetməlik dövrü)
Bu yaşlarda uşaqlar erkən inkişaf baxımından dəyərləndirilməlidir.