Övladlarımıza sərhədlərini necə öyrədək?

Övladlarımıza sərhədlərini necə öyrədək?

  1. Yaşa uyğun və aydın olun

    •    Uşaqlar qısa, sadə və aydın cümlələri daha yaxşı anlayır.
    •    Məsələn: “Oyuncaqlar yerə atmırıq, səbətə qoyuruq.”
    •    Hər dəfə eyni vəziyyətdə eyni davranışı gözləyin.
Unutmayın ki, ardıcıllıq etibar və öyrənmə deməkdir.

      2. Sakit və sevgi dolu bir dildə danışın

    •    Sərt tonda deyil, sakit, anlayışlı və aydın bir dillə izah edin.
    •    Uşağa qaydanın nəyə görə vacib olduğunu başa salın.
Məsələn: “Oyuncaqlarını yığsan, ayağın ilişməz və daha təhlükəsiz olar.
Sevgi dolu səs tonu qaydanı qəbul etməyi asanlaşdırır.

      3.  Seçim və alternativ təqdim edin
    •    Qadağa yerinə seçim təklif edin.
Məsələn: “Divara çəkə bilmərik, amma bu kağıza çəkə bilərsən.”
    •    Doğru davranışı gördükdə tərifləyin:
“Oyuncağını yerinə qoymusan, əla etmisən!”
Müsbət gücləndirmə uşağın davranışını sabitləşdirir və motivasiyasını artırır.

     4. Nümunəvi və səbirli olun
    •    Uşaqlar sözlə deyil, gözlə öyrənirlər.
Siz qaydalara əməl etsəniz, o da uyğunlaşacaq.
    •    Sərhəd qoymaq vaxt alır — uşaq sınaqla, təcrübə ilə öyrənir.
Yaşına və inkişaf səviyyəsinə uyğun səbir və elastiklik göstərin.

×