Uşaqlara əl yumağı aşılamaq üçün 3 tövsiyə

Uşaqlara əl yumağı aşılamaq üçün 3 tövsiyə

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi infeksion xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalara riayət etməyi, xüsusilə körpələrə əl yuma vərdişlərinin aşılanmasını tövsiyə edir.

Bəzən nəinki kiçiklər, hətta böyüklər də əllərini yumağı unudurlar. Əlləri vaxtlı-vaxtında yumamağın fəsadlarını tam olaraq bilməyən uşaqlar üçün ya bunu daim xatırlatmalı, ya da əl yumağı onlar üçün əyləncəli hala gətirərək təşviq etməlisiniz. Bu gün sizə övladlarınıza əl yumağı aşılamaq üçün kiçik, lakin effektiv tövsiyələrimiz var.
 
•Maye və ya köpüklü sabunlara üstünlük verin. Bu həm uşaq üçün əyləncəlidir, həm də digər sabunlardan fərqli olaraq bakteriyaların yayılmasının qarşısını almaq üçün idealdır.
 
•Əllərini sabunlayarkən 20 saniyəlik hər hansı mahnını oxuya, əlifbadakı hərfləri saya və ya sadəcə 20-ə qədər saya bilərlər.
 
•Gün ərzində elə bir rejim yaradın ki, uşağınız yeməkdən əvvəl və sonra, çöldən evə gəldikdə oyuncaqları ilə oynadıqdan sonra, tualetdən çıxdıqda əllərini yusun. Zamanla bu onlarda vərdişə çevriləcək.

×