12-11-2022
"Azərbaycanda kistoz fibrozda yeni dövr" mövzusunda tədbir keçiriləcək.
Noyabrın 21-də saat 10:00-da JW Marriott Abseron otelində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycanda kistoz fibrozda yeni dövr" mövzusunda tədbir keçiriləcək.Bu barədə AZPC.az-a “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova məlumat verib.
O, bildirib ki, tədbirin təşkilində məqsəd ölkəmizdə kistoz fibrozla bağlı tibb personalının maarifləndirilməsi, bu xəstəliklə bağlı diaqnostikanın və müalicənin təşkili, həmçinin əlaqədar qurumların iştirakı ilə ölkə xaricindən həkim qrupunun dəvət edilməsidir.
Səadət Bayramovanın sözlərinə görə, tədbirdə kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatın davamlılığı və yaranan problemlərin həlli yolları müzakirə ediləcək. Tədbir çərçivəsində tərəfimizdən dəvət olunmuş pediatr, terapevt , pulmonoloqlar və neonatoloqlara təlim keçiriləcək.
Qeyd edək ki, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi 5 ildir fəaliyyət göstərir. Qurum kistoz fibrozlu pasiyentlərin hüquqlarını müdafiə etməyi, həmçinin ictimaiyyət arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri aparmağı qarşısına məqsəd qoyub.
Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur
Ətraflı oxu
25 Fevral 2023 tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin Qubada regional iclası həyata keçiriləcək. İclasda iştirak üçün qeydiyyat ödənişsizdir.
İclasın keçiriləcəyi məkan: Macara Lake Park Hotel,< Ətraflı oxu
2 mart 2024-cü il tarixində "Shahdag Mountain Resort Quba" da Quba-Qusar Regional Konfransı keçiriləcəkdir.
Ətraflı oxu
6 aprel 2024-cü il tarixində "Leon Hotel Gəncə"də Gəncə Regional Konfransı keçiriləcəkdir.
Ətraflı oxu
Azərbaycan Pediatriya Cəmiyyəti ölkəmizin gözəl guşələrindən biri olan Naxçıvanda!
Ətraflı oxu
7-8 iyun tarixlərində Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə "Radisson Otel"də Nadir Xəstəliklər Konfransı keçiriləcəkdir.
Ətraflı oxu