30-10-2023
ELMİ TEZİSLƏRİN QƏBUL QAYDALARI
Konqresdə məruzə ediləcək bütün elmi işlər pediatriya sahəsində elmi inkişafa və ədəbiyyata faydalı olacaq xüsusiyyətdə olmalı və nəticə mesajına sahib olmalıdır. Tezislərdə müəlliflərin ad, soyad və iş yerləri göstərilməlidir. Tezislərdə bir nəfər məsul müəllif seçilərək e-poçt ünvanı və əlaqə nömrələri yazılmalı və göndərilərkən məruzə şəkli (sözlü/poster) göstərilməlidir.
Elmi tezisin son göndərilmə tarixi: 30.11.2023
Qaydalara uyğun hazırlanmış tezislər 30.11.2023 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərilməlidir. Məruzəyə layiq görülən müəlliflərə e-poçt ilə qəbul məktubları göndəriləcəkdir. 30 noyabr 2023 tarixindən sonra göndərilən tezislər qəbul edilməyəcəkdir.
Qəbul edilmiş tezis müəlliflərinin 30.11.2023 tarixinə qədər konqresə qeydiyyatdan keçmələri məcburidir. Bu tarixə qədər qeydiyyatdan keçməmiş məsul müəlliflərin tezisləri proqram kitabçasında yerləşdirilməyəcəkdir.
Elmi işlərin qiymətləndirilməsi:
Elmi işlər Elmi komitə tərəfindən göndərilən tezislərin müəlliflərinin ad/soyad və iş yerləri gizli tutularaq dəyərləndiriləcəkdir. Elmi komitə tezislərin sözlü və ya poster təqdimat şəklində olmasına qərar vermə və təqdimat şəklini dəyişdirmə haqqına sahibdir. Müəlliflərin dəyərləndirmə nəticəsinə dair göndərilmiş məktubu diqqətlə oxumaları və qərarla tanış olaraq hazırlaşmaları önəmlidir. Xülasələr “Konqres” kitabçasında dərc ediləcəkdir.
TEZİSLƏRİN YAZILMASINA TƏLƏBLƏR:
• Xülasələr online [email protected] toplanacaqdır;
• Tezislər Azərbaycan və ingilis dilində yazıla bilər;
• Bir nəfər 1 sözlü və 1 poster və ya 2 poster olmaqla ən çox 2 tezisdə məruzəçi ola bilər;
• Yazarkən adlarda akademik ünvan istifadə edilməməlidir. Müəllifin ad və soyadının ilk hərfi böyük, qalanları kiçik hərflə yazılmalıdır;
• Tezis məqsəd, material və metodlar, nəticələr və müzakirə olaraq tərtib edilməlidir. Xəstə təqdimatlarında isə ardıcıllıq məqsəd, xəstə təqdimatı və nəticə olmalıdır;
• Tezis göndərilməsi tamamlanmadan öncə ən az 3, ən çox 6 açar sözdən istifadə edilməlidir;
• Tezislər, başlıq və müəlliflərin adları xaric olmaqla 300 sözü keçməməlidir. Ad tədqiqatı təsvir etməlidir;
• Tezislərdə tablo, şəkil, qrafikdən istifadə edilə bilər;
• Sertifikat almaq üçün məruzə edəcək şəxsin proqramda göstərilən tarix və saatda elmi tədqiqatını şəxsən məruzə etməsi vacibdir;
• Bu maddələrdən hər hansı birinə uyğun olmayan tezis dəyərləndirmədən kənarda qalacaqdır.
Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur
Ətraflı oxu
25 Fevral 2023 tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin Qubada regional iclası həyata keçiriləcək. İclasda iştirak üçün qeydiyyat ödənişsizdir.
İclasın keçiriləcəyi məkan: Macara Lake Park Hotel,< Ətraflı oxu
2 mart 2024-cü il tarixində "Shahdag Mountain Resort Quba" da Quba-Qusar Regional Konfransı keçiriləcəkdir.
Ətraflı oxu
6 aprel 2024-cü il tarixində "Leon Hotel Gəncə"də Gəncə Regional Konfransı keçiriləcəkdir.
Ətraflı oxu
Azərbaycan Pediatriya Cəmiyyəti ölkəmizin gözəl guşələrindən biri olan Naxçıvanda!
Ətraflı oxu
7-8 iyun tarixlərində Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə "Radisson Otel"də Nadir Xəstəliklər Konfransı keçiriləcəkdir.
Ətraflı oxu