Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Pediatri Uzmanlık Akademisi dərnəyinin sədri Professor Bumin Dündarın təşrifi cəmiyyətimiz tərəfindən qürurla qarşılanmışdır. Professor konqresin təşkili və dəvəti üçün başda Erkin Rəhimov olmaqla cəmiyyətin idarə heyətinə dərin təşəkkürlərini bildirib.
“İki dövlət, tək millət” deyiminə ürəkdən inanan biri olaraq Bumin Dündar bu konqresin gələcəkdə iş birliyi çərçivəsində təşkil olunacaq konqreslərin xəbərçisi olduğunu bildirib.
Azərbaycan Pediatriya Cəmiyyəti olaraq Bumin Dündara gəlişi ilə göstərdiyi etimad və dəstək üçün təşəkkür edirik.
Professorun çıxışını qürur hissi ilə sizlərə təqdim edirik.
Baki 2022ci il dekabr 23
Şəki 25 Aprel 2022
Bakı 18 May 2022