Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə Prorektoru Professor Rauf Bəylərov qonaqları Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli adından salamlayıb, konqresin fəaliyyətində uğurlar arzu edib. Professor nitqində türk pediatriyasının banisi İhsan Doğramacını hörmətlə anıb, sələfi Enver Hasanoğlunu görməkdən məmnun olduğunu bildirib. Daha sonra xüsusilə, antibiotiklərin rasional istifadəsi ilə bağlı fikirlərini bildirən professor Rauf Bəylərov konqresin proqramına diqqət çəkib, faydalı mövzuların olduğunu bildirib. Azərbaycan Pediatriya Cəmiyyəti olaraq professora təşəkkür edir, çıxışın davamını sona qədər izləməyinizi tövsiyə edirik.
Baki 2022ci il dekabr 23
Şəki 25 Aprel 2022
Bakı 18 May 2022