Xəbərlər

Xəbərlər və yeniliklər Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

02-06-2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Görüşdə dövlətimizin başçısı Azərbaycana səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev də iştirak edib.

Tedros Adhanom Qebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirdi və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırdı, eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd etdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirdi. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur

Ətraflı oxu

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Ətraflı oxu

Azərbaycanda Kistoz Fibrozda yeni dövr

Ətraflı oxu

Azərbaycan Pediatriya Cəmiyyəti 1-ci Milli Kongresi

Ətraflı oxu

AzPC 1-ci Milli Kongresi

Ətraflı oxu

AzPC 1-ci Milli Kongresi

Ətraflı oxu

AzPC 1-ci Milli Kongresi

Ətraflı oxu

AzPC 1-ci Milli Kongresi

Ətraflı oxu

AZPC-nin 25 fevral Qubada iclası

25 Fevral 2023 tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin Qubada regional iclası həyata keçiriləcək. İclasda iştirak üçün qeydiyyat ödənişsizdir. 

İclasın keçiriləcəyi məkan: Macara Lake Park Hotel,< Ətraflı oxu

Prof. Dr. Özgür Kasapçopurun Bakıdakı seminarı

Ətraflı oxu

AZPC-nin 8aprel Gəncədə iclası

Ətraflı oxu

Azərbaycan Pediatriya Cəmiyyətinin Beynəlxalq Konqresi

Ətraflı oxu

Tezis elanı

Ətraflı oxu

Bakıda II Milli Pediatriya  Konqresi keçiriləcək

Ətraflı oxu

Elmi tezislərin qəbuluna başlandı

Ətraflı oxu

Quba-Qusar Regional Konfrans

2 mart 2024-cü il tarixində "Shahdag Mountain Resort Quba" da Quba-Qusar Regional Konfransı keçiriləcəkdir. 

Ətraflı oxu

Gəncə Regional Konfrans

6 aprel 2024-cü il tarixində "Leon Hotel Gəncə"də Gəncə Regional Konfransı keçiriləcəkdir.

Ətraflı oxu

"Müasir Pediatriyanın İşığında" Konfransı

Azərbaycan Pediatriya Cəmiyyəti ölkəmizin gözəl guşələrindən biri olan Naxçıvanda!

Ətraflı oxu

"Nadir Xəstəliklər" Konfransı

7-8 iyun tarixlərində Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə "Radisson Otel"də Nadir Xəstəliklər Konfransı keçiriləcəkdir.

Ətraflı oxu
×