Tədbirlər

I Milli Pediatriya Konqresi Araz Nəsirovun Çıxışı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İcraçı Direktor müavini Araz Nəsirov iştirakçıları TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov adından salamlayıb və çıxışında vurğulayıb ki,
“Gələcəyimizi əmanət etdiyimiz uşaqlarımızın sağlamlığının keşiyində durmaq ən müqəddəs işlərdən biridir.” Məhz buna görə də dövlətimiz uşaqların sağlamlığını hər zaman diqqət mərkəzində saxlayır. Həmçinin, TƏBİB də gələcək nəsillərin sağlamlığını təmin etmək məqsədilə uşaqları daim diqqət mərkəzində saxlayır, onların müayinə və müalicələri istiqamətində davamlı tədbirlər görür”

Çıxışının davamında statistik məlumatları təfsilatı ilə iştirakçıların nəzərinə çatdıran Araz Nəsirov sonda Azərbaycan Pediatriya Cəmiyyətinin fəaliyyətində uğurlar arzu edib.

İştirakı ilə cəmiyyətimizə dəstək olan Araz Nəsirova təşəkkür edirik.

×