Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Beynəlxalq Pediatriya Assosiasiyasının sədri Professor Enver Hasanoğlunun təşrifi cəmiyyətimiz tərəfindən qürurla qarşılanmışdır. Professor konqresə dəvəti üçün başda Erkin Rəhimov olmaqla cəmiyyətin təşkilat komitəsinə öz təşəkkürlərini bildirib. Çıxışında Professor Beynəlxalq Pediatriya Assosiasiyasının qurulmasından bu yana məqsədyönlü fəaliyyəti barədə məlumat verib. “IPA 2 milyard yarımdan çox uşağın sağlamlığının qorunması məqsədilə xidmət göstərməkdədir. Bunu həyata keçirmək üçün isə 1200000 Pediatrla birlikdə çalışır” deyə bildirdi. Azərbaycan Pediatriya Cəmiyyəti olaraq Professor Enver Hasanoğluya gəlişi ilə göstərdiyi etimad və dəstək üçün təşəkkür edirik. Professorun çıxışını qürur hissi ilə sizlərə təqdim edirik.
Baki 2022ci il dekabr 23
Şəki 25 Aprel 2022
Bakı 18 May 2022