Tədbirlər

I Milli Pediatriya Konqresi Sədr Erkin Rəhimovun Çıxışı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresində cəmiyyətin sədri Dr. Erkin Rəhimov iştirakçıları və qonaqları salamlayıb və konqresi açıq elan edib. Çıxışının davamında Azərbaycan Pediatriya Cəmiyyətinin yaranma tarixindən danışan Erkin Rəhimov cəmiyyətin yaranmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyini xüsusilə vurğulayıb. 30 dekabr 2021-ci ildən fəaliyyətə başlayan cəmiyyətin qarşısına bir sıra məqsədlər və hədəflər qoyduğunu qeyd edən sədr əsas məramın ölkəmizdə tibbin pediatriya və onunla əlaqəli sahələrdə inkişaf proseslərini dəstəkləmək olduğunu bildirib. Həmçinin, Erkin Rəhimov bu məqsədlər və hədəflər üçün bir araya gəlməyin vacibliyini qeyd edib və iştirakçılara uğurlar arzu edərək Konqresi açıq elan edib. 

×