Tədbirlər

I Milli Pediatriya Konqresi Haluk Çokuğraşın çıxışı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Türk Pediatriya qurumunun sədri Professor Haluk Çokuğraş konqres səbəbilə Bakıda olmaqdan çox məmnun olduğunu və bu konqreslərin müxtəlif sahələrdə elmi inkişafa çox böyük qatqıları olduğunu ifadə etmişdir.

Professor salonda olan Azərbaycanlı pediatrların əksəriyyətinin xanım olmasına diqqət çəkərək elmin, təhsilin qadınların əlində yüksəlməsini təqdir etdiyini bildirib. Həmçinin,Türkiyə ilə Azərbaycan əlaqələrini vurğulayaraq ölkəmizin Türkiyə ilə ortaq layihəsi olan “Kistoz Fibroz” dərnəyi çərçivəsində də yeniliklər əldə edildiyi bildirdi.Belə ki, ölkəmizə gətirilən son texnologiyaya uyğun cihazlar vasitəsilə artıq kistoz fibrozlu xəstələrin daha yaxşı müalicə edilə biləcəkləri qeyd edildi.

Azərbaycan Pediatriya Cəmiyyəti olaraq iştirakı və təqdirəlayiq çıxışı üçün Professor Haluk Çokuğraşa təşəkkür edirik.

×